office@elveem.az +994 12 425-56-00 г. Баку, пос. Бакиханова, Б.Буньядова 1
Qış  aylarında avtomobil idarə etmək  | Elveem

Qış aylarında avtomobil idarə etmək

Qış  aylarında avtomobili necə idarə etmək lazımdır?

Yağışlı və şaxtalı hava, sürüşkən yol sürücü üçün ən təhlükəli vəziyyətdir. Bu məqalədə xoşagəlməz nəticələrin qarşısını almaq üçün soyuq havalarda avtomobilin sürmə qaydalarından danışacağıq. Şübhəsizdir ki, yollarda qəzalar daha çox payız və qış aylarında baş verir. Havaların soyuması ilə qayğılarımız və problemlərimiz də artır. Xüsusilə də sürücülər üçün qış daha qayğılı fəsildir. Çünki avtomobili də qışa hazırlamaq lazımdır. Əgər qar yağarsa işimiz ikiqat çətinləşir. Kimi təkərlər üçün zəncir axtarışına başlayır, kimi isə ümumiyyətlə, avtomobili dayanacaqdan çıxarmamağı daha təhlükəsiz hesab edir. Yağış və qar tutmuş yollarda hərəkət etmək, nəqliyyatın hərəkəti və piyadalar üçün də böyük risk daşıyır. 

Təcrübəsiz sürücü

Bir çox təcrübəsiz sürücünün yağış vaxtı avtomobilin sürmə qaydalarından xəbəri belə yoxdur. Bu qaydaları öyrənmək üçün, ilkin olaraq, sürücü təhlükəsiz sürücülüyün əsas nəzəriyyəsi ilə tanış olmalıdır. Qeyd etmək lazımdır ki, yağışın ilk damcıları ilə dərhal avtomobilin sürətini saatda 60-70 kilometrə qədər azaltmaq vacibdir. Bununla yanaşı, siz sükan ilə hər hansı bir kəskin hərəkət etməməlisiniz. Avtomobilin işıqlarını yandırmaq və şüşətəmizləyənləri qoşmaq isə ən önəmli məqamlardandır. Sizdən irəli gedən avtomobilin altından su fontanı sıçrayırsa, bu halda sizin iki variantınız var: irəlidə gedən avtomobildən məsafəni artırmaq və ya onu keçmək. Məsələ ondan ibarətdir ki, suyun sıçraması xeyli geridə gedən sürücünün də görünüşünü azaldır.

Yağışlı və şaxtalı havada tormozlama

Bu məqamda tormozlama da hamar olmalıdır. Siz tormozun pedalını axıra kimi kəskin bassanız, sadəcə olaraq avtomobil yoldan kənara çıxacaq. Eyni zamanda mühərrik ilə də tormozlama etmək mümkündür.

Yağış vaxtı avtomobil idarəsi akvaplan effektini yarada bilər. Avtomobil suya daxil olduqda, avtomobilin şinləri suyu altından çıxarır. Əgər avtomobilin sürəti yüksəkdirsə, sadəcə olaraq avtomobil bütün suyu çıxarda bilmir. Qalan su təkər və yol arasında bir növ yastıq yaradır. Bu halda, şinlərin yol ilə yapışması olmur, və avtomobil təəssüf ki, idarə olunmaz vəziyyətə düşür.

O halda ki avtomobil heç cür idarə olunmur, çaxnaşmaya düşmək lazım deyil, vacibdir ki sükan ilə heç bir kəskin hərəkət etməyəsiniz. Sadəcə olaraq ayağı qaz pedalından götürün və tormoz pedalına son dərəcə yumşaq basın. Avtomobilin istiqaməti düzələndə, ayağı tormoz pedalından götürün və qaz pedalına qoyandan sonra yolunuzu orta sürət ilə davam edin.

Yolda dərin gölməçələrin üstündən yavaş-yavaş və diqqətlə keçmək də ən diqqət olunası məqamlardan biridir. Onların altında tez-tez kanalizasiyaların quyuları və istilik kəmərləri gizlənir. Bundan əlavə, yüksək sürətlə gölməçənin üstündən keçəndə, siz avtomobilin bamperinə və ya radiatoruna ciddi zərər verə bilərsiniz.

Bir sözlə, avtomobili qış aylarında həddindən artıq səliqə ilə sürmək lazımdır. 

Yağışlı havada avtomobili idarə etmək

Yağışlı havada təhlükəsiz yol üçün aşağıdakı qaydalara da əməl etmək vacibdir:

1. Yağış başlayan kimi sürəti azaldın, heç bir kəskin manevrdən istifadə etməyin;

2. Yolu işıqlandırmaqdan ötrü yaxın işıqdan istifadə edin;

3. Digər yol hərəkəti iştirakçılarının davranışını diqqətlə izləyin, təhlükəsiz distansiya saxlayın, hər hansı bir təhlükədə əyləci vaxtında basmağa hazır olun;

4. Yağış kəsilsə də, təmizləyiciləri söndürməyin - yoldan hələ də yaş palçıq sıçraya bilər; mütləq şüşətəmizləyəndə mayenin olmasını mütəmadi olaraq yoxlayın;

5. Şüşələr tərləyirsə, pəncərələri bağlayıb ventilyasiyanı işə salın;

6. Akvaplanlama zamanı buz üzərində hərəkət edirmişsiniz kimi səliqəli və diqqətli sürmək lazımdır, su axını olduqda sürəti azaldırıq, sükanı möhkəm saxlayırıq, gölməçədə əyləci sıxmır və sükanı tərpətmirik, düz təkərlər üzərində sürürük.

Qısacası qış aylarında avtomobil idarə etmək çətin məsələdir. Müxtəlif sürücülük tərzi olan insanlar üçün yol təhlükəsizliyini təmin etmək isə daha çətin olur. Beləliklə, maşını yavaş-yavaş sürmək və havanı izləmək üçün əlinizdən gələni edin. Bununla həm canınız, həm də avtomobiliniz təhlükəsiz vəziyyətdə olacaq.