office@elveem.az +994 12 425-56-00 Bakı ş., Bakıxanov qəsəbəsi, B.Bünyadov 1
Avtomobil yağının düzgün seçilməsi | Ən yaxşı avtomobil mühərlik yağları

Avtomobil yağının düzgün seçilməsi

Mühərrik yağları

Dəyərli oxucu, bu dəfə toxunacağımız mövzu mühərrik yağlarıdır. Bir çox sürücülər avtomobilində yağı tez-tez dəyişməyi seçir. Bəzi sürücülər bir dəfə, bəziləri iki dəfə, bəziləri isə dəfələrlə. İlk öncə “mühərrikin yağını niyə dəyişmək lazımdır?” sualına cavab tapaq. Artıq bir çox avtomobil sürücülərinə məlumdur ki, mühərrik yağını mütəmadi olaraq dəyişmək lazımdır. Çünki yağ işləndikcə öz keyfiyyətini itirir və mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Bu hallarla qarşı-qarşıya gəlməmək üçün məqaləni diqqətlə oxumanızıtövsiyə edirik.

Yağın düzgün seçilməsi

Yağın düzgün seçimi mürəkkəb elmdir və buna çox diqqətlə yanaşmaq lazımdır. Çünki “dəmir atınızın” ürəyinin fəaliyyəti yağın düzgün seçimindən düşündüyünüzdən də çox asılıdır. İlk öncə avtomobilin tipini dəqiq müəyyən etmək lazımdır. Daha sonar isə onun yaşını bilməli, mühərrikin plan resursundan neçə faiz istifadə olunduğunu müəyyənləşdirməli, aqreqatın istismar şərtləri nəzərə alınmalı və yağın keyfiyyət xarakteristikalarını bilmək ən önəmli məqamlardandı.

Mühərrik yağları çeşitləri

Hər şeydən öncə isə yağın tipi ilə tanış olaq. O, mineral, yarımsintetik və ya tamamilə sintetik də ola bilər. Daha sonra yağın “SAE” nişanından sonra qeyd olunan rəqəmli kombinasiyasını, yəni, qatılıq üzrə keyfiyyət markalanmasını tapmaq vacibdir. Bu, çox əhəmiyyətli şərtlərdən biridir. Çünki, qeyd olunmuş informasiya yağların müxtəlif temperaturda qatılığından bəhs edir. Məsələ burasındadır ki, müxtəlif konstruksiyalı mühərriklərdə “SAE” göstəricisinə görə eyni sinifdən olan yağların işləmək qabiliyyətinin temperatur diapazonları əhəmiyyətli dərəcədə fərqlənir.

Onlar starterin gücündən, mühərrikin işə salınması üçün tələb olunan dirsəkli valın minimal hərəkətə gətirilmə sıxlığından, yağ nasosunun fəaliyyətindən, yağötürücü qurğunun hidravlik təzyiqindən və digər konstruktiv texniki, istismar faktorlarından (buraya avtomobilin texniki vəziyyəti, benzin və ya dizel yanacağının keyfiyyəti, sürücünün ixtisasından və s. daxildir) asılıdır. Qatılığından asılı olmayaraq istər sintetik, istər yarımsintetik, istərsə də mineral yağların yay temperatur diapazonunun tətbiqi təxminən bütün hallarda eynidir – yəni 4000C-dən yuxarı. Ancaq aşağı temperaturlu (qış) diapason isə müxtəlifdir. Sintetik yağlar üçün 15 - 2000C-dən aşağı olmayaraq, yarımsintetik 20 - 2500C-dək, minerallar üçün 15 – 2000C-dir.

Növbəti mərhələ - mühərrikin tipi ilə birlikdə eyni zamanda yağın istifadəyə yararlığının təyin olunmasıdır. 2001-ci il kataloquna əsasən bütün minik avtomobillərinin istehsalçıları sintetik mühərrik yağları ilə yanaşı yarımsintetik və mineral yağlardan da istifadə etməyi məsləhət bilirlər. Bununla yanaşı “SAE” üzrə qatılıq sinfi – istismar vasitələrinin (APİ təsnifatı) səviyyəsi ətraf mühitin temperaturu ilə də şərtləşdirilir. Bu səbəbdən “APİ SJ SJİCF” təsnifatlı yağlar məsləhət görülür.

Müasir benzin mühərrikləri üçün isə nəzərdə tutulan “SJ” abreviaturasının açıqlaması, onun enerjiyə qənaət edəcək keyfiyyətlər və yağın israfçılığının qarşısını alacaq, həmçinin yüksək temperaturda qızarkən yığıntıların toplanmamağı deməkdir.

İndi isə istehsalçının təyin etdiyi resursa uyğun olaraq mühərrikin qət etdiyi məsafənin faiz nisbətini təyin edək. Qeyd etmək lazımdır ki, bu çox önəmli məqamdır. 

İstehsalçının təyin etdiyi resurs dedikdə - istehsal olunan hər bir mühərrikə istehsalçı müəyyən bir məsafə zəmanət verməsi nəzərdə tutulur. Bu zəmanət müddəti bir birindən çox fərqlənir. Bəzi şirkətlər istehsal etdiyi mühərriklərə 400.000 km, bəziləri 500.000 km, bəziləri isə 1.000.000 km zəmanət verir. Bütün bu göstəricilər istehsalçı tərəfindən avtomobilin texniki pasportunda qeyd olunur. Mühərrikin yağını seçərkən avtomobilin qət etdiyi məsafəyə diqqət yetirmək ən önəmli məqamlardan biridir.

Əgər avtomobilin qət etdiyi məsafə istehsalçı tərəfindən göstərilən rəqəmin 25 %-ni və ya ondan az təşkil edirsə onda, həmin mühərrik yeni hesab olunur. Ona yalnız “SAE 5W-30, SAE 5W-40, SAE 10W-30” və ya “SAE 10W-40” (bütün mövsümlərə uyğun)” yağlarını tökmək məsləhət olunur.

Avtomobilin qət etdiyi məsafə plan resursunun 25-75%-ni (mühərrik texniki baxımdan saz vəziyyətdədirsə) qət edibsə o zaman, “SAE 15 W-40, SAE 10W-30, SAE 10W-40” sinfindən olan yağlardan istifadə etsək, düzgün olar.

Avtomobil mühərrikinin plan ehtiyatından (köhnə mühərrik) 75% istismar olunubsa - “SAE 20W-50, SAE 20W-30, SAE 20, SAE 40(yayda) və ya SAE 10W-40, SAE 10W-50, SAE 15W-40, SAE 20W-30 (bütün fəsillərdə yararlı)” sinfindən olan yağlardan istifadə etmək məsləhətdir.

Sözsüz ki, yağın seçimi zamanı avtomobilin yaşı da nəzərə alınmalıdır. Avtomaşın nə qədər yaşlıdırsa, aqreqatın konstruksiyasına bir o qədər sadə mühərrik yağı uyğun gələr deyə bilərik.

Son illərin istehsalı olan mühərrik yağlarını (sintetik və yarımsintetik yağlar da daxil olmaqla), əvvəllər istifadə etdiyiniz yeni vasitələrlə əvəzləyə bilərsiniz. Ancaq qeyd etməliyik ki, yeni yağların köhnə, gücdən düşmüş avtomobillərdə istifadəsi yalnız qiymət məsələsidir.

Ən keyfiyyətli avtomobil mühərlik yağları

Nəhayət son olaraq isə ən əsas məsələ, yağın alışı zamanı mütləq və mütləq kanistr, tıxac, qablaşdırma, etiket və möhürə ciddi diqqət yetirmək mütləqdir. Təəssüflər olsun ki, tanınmış markaların saxtalaşdırılması tez-tez rast gəlinən haldır. Ona görə də məhsulun orijinallığına bir daha diqqət yetirmək lazımdır. Əgər malın keyfiyyətinə və ya saxtalığına şübhəniz varsa, onda satıcıdan hökmən sertifikat tələb edin. Bu sizing işinizi daha da asanlaşdıracaq.

Biz sizə Texaco (Havoline)Lotos oil ,LuxeHighway və OilRight  mühərrik yağlarını tövsiyə edirik, Adını sadaladığımız  şirkətlər üzun illər bazarada olan və öz məhsulları ilə keyfiyyətini sübut etmiş mühərlik yağlarıdır.Sizdə avtomobilinizi qorumaq istəyirsinizsə tövsiyyə etdiyimiz dünyaca məhşur markalardan birini öz avtomobilinizin müərrikində istifadə edə bilərsiniz