office@elveem.az +994 12 425-56-00 Bakı ş., Bakıxanov qəsəbəsi, B.Bünyadov 1

Şirkət haqqında



“EL-VE-EM MMC” şirkəti 1993-cü ildə təsis edilmişdir.

Hazırda GLASURİT (Almaniya), BASLAC (Almaniya), NOVOL (Polşa), DYO (Türkiyə), MENZERNA (Almaniya), 

MİRKA (Finlandiya), RODIM (Türkiyə), ELBA (Türkiyə), VERSHINA (Rusiya), ARİKON (Rusiya),   

CHEVRON-TEXACO (ABŞ), LOTOS (Polşa), LUXE (Rusiya), OİLRİGHT (Rusiya), HIGHWAY (Rusiya), NORD STREAM Antifriz (Rusiya), ALYASKA Antifriz (Rusiya) 3TON (Rusiya) və s. kimi istehsalçılarının Azərbaycanda yeganə distribüteridir. Şirkət adları çəkilən malları Azərbaycana idxal edir və onların topdan ticarətini həyata keçirir. Şirkətin bir çox korporativ müştərilərlə müqavilələri mövcuddur.

Müəssisənin əsas devizi “Qiymətlə keyfiyyətin uyğunluğu”dur.

Müəssisənin nəzdində avtomobillərə texniki xidmət mərkəzi fəaliyyət göstərir.
Bakı şəhərində Koroğlu (keçmiş Əzizbəyov) metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun kənarında yerləşən “Avtoklinika” avtoservisinin ümumi sahəsi 1500 kvadrat metrdir. Ən müasir avadanlıqlarla təchiz olunmuşdur və Azərbaycanda aparıcı avtoservislərdən biri hesab olunur. İstənilən marka avtomobillərin cari və əsaslı təmirini çox yüksək səviyyədə həyata keçirirlər.