office@elveem.az +994 12 425-56-00 Bakı ş., Bakıxanov qəsəbəsi, B.Bünyadov 1
LOTOS mühərrik yağları | Elveem

LOTOS mühərrik yağları

LOTOS OİL haqqında

LOTOS OİL S.A. şirkəti öz fəaliyyət sahəsində Polşa bazarının 24%-nə sahib olaraq liderlik edir. Bu gün Lotos mühərrik yağlarını Polşada olduğu kimi Azərbaycanda da hər bir avtomobol sürücüsü yaxşı tanıyır.

LOTOS mühərrik yağlarının yüksək keyfiyyəti və etibarlılığı ən tələbkar alıcıların belə tələbini ödəyir.

LOTOS şirkətinin səhmləri 2005-ci ildən Varşava fond birjasının siyahısına salınmışdır, şirkətin özü isə Mərkəzi və Şərqi Avropada dinamik inkişaf edən şirkətlərin siyahısına salınmışdır. Qeyd etmək lazımdır ki, LOTOS yağları Polşanın ən yaxşı mühərrik yağları üçün təsis edilən “alıcıların qızıl dəfnəsi” mükafatına da layiq görülmüşdür.

Bu yağlar bütün istehsal prosesi beynəlxalq norma olan İSO 9001:2008- keyfiyyətin idarə olunması sisteminə tabedir. LOTOS OİL S.A. şirkəti AQAP 2110 keyfiyyət sertifikatı ilə də öyünə bilər. Bu o deməkdir ki LOTOS OİL S.A. şirkətinin məhsulları NATO-nun tələblərinə tamamilə cavab verən məhsullardır.

Onu da qeyd edək ki, LOTOS OİL S.A. şirkətinin istehsal etdiyi sürtkü materialları üçüncü şəxs qarşısında sığortalıdır, o cümlədən Azərbaycan ərazisində də bir milyon dollar dəyərində sığortalanıb. Beləliklə, yağın ucbatından hər hansı bir avadanlıq sıradan çıxarsa, sığorta şirkəti dəymiş zərəri tamamilə ödəyəcəkdir.

LOTOS OİL mühərrik yağları

Elə isə gəlin Azərbaycanda ən çox istifadə olunan bu markanın mühərrik yağları ilə yaxından tanış olaq:

  • LOTOS SYNTHETIC PLUS 5W40 - yağları mühərrik aşınmasını azaldır və ömrünü uzadır.Həmçinin aşağı temperaturda mühərrikin asan işə salınmasını mümkün edir və mühərrikin mükəmməl təmizliyini təmin edir

 

  • LOTOS SEMISYNTETIC 10W40 - Mükəmməl antioksid, antikorroziya, yuyucu və özlülük-temperatur xüsusiyyətlərinə malik, müasir texnologiyalardan istifadə etməklə hazırlanmış yüksək keyfiyyətli yarı sintetik motor yağıdır. Lotos Semisynthetic 10W40 mühərrik yağı - mühərrikin effektiv qorunmasını təmin edir. 

 

  • LOTOS QUAZAR S - 5W30 - Ən son nəsil sintetik mühərrik yağıdır. Hi-Tec Qoruma formulası sayəsində aşağı özlülüklü HTHS yağının istifadəsinin tövsiyə edildiyi bütün növ müasir mühərriklər üçün bütün iş şəraitində tam və daimi qoruma təmin edir.

 

  • LOTOS QUAZAR DYNAMİC - Ən son nəsil xüsusi sintetik mühərrik yağı. Hi-Tec Protection formulası sayəsində yağ VW konserni tərəfindən istehsal olunan ən müasir benzin və dizel mühərriklərinin bütün iş şəraitində tam və davamlı aşınma qorunmasını təmin edir.

 

  • LOTOS QUAZAR K 5W-40 - müasir nəsil premium sintetik mühərrik yağıdır. Hi-Tec Qoruma formulu sayəsində o, bütün iş şəraitində bütün növ müasir mühərriklər üçün tam və daimi qoruma təmin edir.

 

  • LOTOS QUAZAR K 5W-40 - Son nəsil sintetik, enerjiyə qənaət edən mühərrik yağıdır, xüsusi olaraq KİA markalı minik avtomobilləri və dizel ilə işləyən mühərriklər üçün hazırlanmışdır. Yüksək tempraturlarda mühərrikin qorunmasını təmin edir.

 

  • LOTOS Diesel 15W-40 - Əsasən köhnə tipli avtomobillərin, furqonların və yük maşınlarının dizel mühərriklərinin yağlanması üçün nəzərdə tutulmuş bütün hava şəraitinə uyğun mineral motor yağı. Antioksidant, korroziyaya qarşı, yuyucu-dispersant, yağlama və özlülük-temperatur xüsusiyyətləri ilə zənginləşdirici əlavələrin müvafiq seçilmiş dəstindən ibarətdir.

 

  • LOTOS CITY Standart 20W-50 - Bütün hava şəraitində benzin və dizel mühərriklərinin yağlanması üçün nəzərdə tutulmuş mineral mühərrik yağı. Çətin iş şəraitdə çox istifadə olunan avtomobillər üçün nəzərdə tutulmuşdur.

 

  • LOTOS MINERALNY 15W-40 - mineral mühərrik yağı avtomobil və furqonların benzin və dizel (o cümlədən turbomühərrikli) mühərriklərində istifadə olunur. Ağır yüklərə məruz qalan və çətin şəraitdə işləyən mühərriklər üçün idealdır.

 

 

  • LOTOS CITY Standart 15W-40 - minik avtomobillərin və mikroavtobusların benzin və dizel (o cümlədən turbomühərrikli) mühərriklərində istifadə olunur. Ağır yüklərə məruz qalan və çətin şəraitdə işləyən mühərriklər üçün ideal mineral mühərrik yağıdır.

 

  • LOTOS CITY Diesel 20W-50 - Köhnə nəsil turbosuz dizel mühərriklərinin yağlanması üçün nəzərdə tutulmuş bütün hava şəraitinə uyğun mineral yağ. O, ağır şəraitdə işləyən ağır mühərriklər nəzərə alınmaqla istehsal edilmişdir. Yüksək özlülüyünə görə yağ uzun müddət işləyən mühərriklərdəki boşluqları mükəmməl şəkildə bağlayır.

 

LOTOS mühərrik yağları Azərbaycanda

Lotos mühərrlik yağları haqqında daha ətraflı məlumat almaq və məhsullarla tanış olmaq üçün linkə keçid edin

Lotos Oil məhsulları