office@elveem.az +994 12 425-56-00 Bakı ş., Bakıxanov qəsəbəsi, B.Bünyadov 1
Mühərlik yağının keyfiyyəti |Lotos mühərrik yağları | Elveem

Mühərlik yağının keyfiyyəti

Keyfiyyətli mühərrik yağı necə olmalıdır?

Mühərrik yağı müəyyən temperatur diapazonunda və xüsusi iş şəraitində öz viskozite xüsusiyyətlərini saxlamalıdır. Əksər yağlar indi bütün mövsümü xüsusiyyətləri özündə birləşdirmə bacarığına malikdir, lakin qış və yay fəsli üçün ayrıca seçmək daha məqsədə uyğundur. Mövsümi yağ seçərkən, həmişə olduğu kimi, istehsalçının tövsiyələrini rəhbər tutaraq və iqlimə uyğun bir düzəliş edərək seçilməlidir. Qış yağı mühərrikin soyuq mövsümdə işə salınmasını təmin etməlidir, buna görə də aşağı, əksər hallarda şaxtalı havalarda yağlama sistemi vasitəsilə yaxşı pompalanmalıdır.

Lotos mühərrik yağları

Bu nöqteyi-nəzərdən ən yaxşı özlülük yağı siyahısının ön sıralarında gələn , Lotos mühərrik yağlarına müraciətiniz daha məqsədə uyğundur. Belə ki, Lotos mühərrik yağları aşağı temperaturda belə ən yaxşı axıcılığı saxlayır. Həmçinin, yağ seçərkən, iş şəraitinə, saxlanmasına diqqət yetirməlisiniz: əgər avtomobil gecəni isti qarajda keçirirsə və soyuq başlanğıc-30-da o, təhdid edilmir. Avtomobil mühərrik yağları vaxtaşırı yenilənməlidir. Mühərrik yağını dəyişdirərkən avtomobilin yanacaq növü, nəqliyyat vasitəsinin istifadə sahəsi və iqlim şəraiti kimi amilləri nəzərə almaq faydalıdır. Dizel, benzin və LPG nəqliyyat vasitələrinin gündəlik yağ dəyişdirmə intervalları fərqli olsa da, yağın müəyyən müddət ərzində dəyişdirilməsi tövsiyə olunur. Mühərrik işə düşərkən sintetik motor yağı nəinki mühərrikin işinin ilk saniyələrindən ən dar və ucqar sürtünmə bölgələrinə daxil olur, həmçinin aşağı temperaturlarda özlülük kəmiyyətinin azaldılması sayəsində mühərrikin podşipniklərdəki, porşenlər qrupundakı və qazbölüşdürmə mexanizmindəki sürtünmə qüvvələrini dəf etməyə sərf edilən enerjini də azaldır. Və bununla da, mühərrik zənginləşdirilmiş qatışıqla işlədiyi zaman bu yağ yanacağa əlavə qənaəti təmin edir. Kapotun altındakı, şassidəki və ya mühərrik blokunun ətrafındakı yağ dəyişdirmə kartına baxaraq avtomobiliniz üçün ən uyğun mühərrik yağı növünü asanlıqla tapa bilərsiniz. Seçdiyiniz motor yağının avtomobilinizin mühərriki ilə uyğun olub-olmamasına diqqət yetirilməlidir. ACEA və API dəyərlərinə baxaraq motor yağının keyfiyyətini və performansını yoxlaya bilərsiniz. Avtomobilinizin xüsusiyyəti, yanacaq növü, mühərrikin həcmi, mühərrikin quruluşu və istehsal ili kimi detallara uyğun olaraq motor yağı seçə bilərsiniz. Etibarlı iş, ehtiyat və mühərrik səmərəliliyi, mühərrik yağının keyfiyyətindən asılıdır. Daxili yanma mühərrikinə zəmanətlə uyğun gələn hansı yağ tökülməlidir? Daimi müzakirə mövzusu olan bu mövzu ətrafında yaranan suallarınıza cavab tapmışıq. Siz yazılan məlumatları diqqətlə oxuyub şərtlərə əməl edin sadəcə. Ən müasir texnologiyaların bazasında yaradılan, bütün mövsümlərdə işlənə bilən sintetik mühərrik yağını təqdim edirik sizə. Polşa istehsalı olan Lotos mühərrik yağlarının keyfiyyəti haqda istənilən qədər danışmaq olar. Amma əsas məqsədimiz sizi kifayət qədər məlumatlandırmaqdır. LOTOS yağlarına məxsus olan Thermal Control intelligent formulunun təsiri belədir ki, tərkibində olan komponentlər avtomobili işə salan andan etibarən artıq mühərrikin tam müdafiəsini təmin edir. Sizə təqdim edilən bu yağlar mühərrikinizin uzun müddət iş qabiliyyətini itirməməsinin zəmanətidir. Bizim yaşlarımız avtomobillərinizin iş qabiliyyətinin və gücünün qorunub saxlanmasının təminatıdır. Yağlarımız mühərrikinizin uzun ömürlü olmasının təminatçısıdır. Bizlər isə bizə olan güvəninizi, etimadınızı doğrultmaq üçün lazımi olan hər bir məlumatı sizlərlə bölüşürük.

Lotos mühərrik yağları haqqqında daha ətraflı məlumat əldə etmək üçün linkə daxil olun.

Lotos oil