office@elveem.az +994 12 425-56-00 Baku city, Bakikhanov settlement, B. Bunyadov 1
Texaco - Havoline mühərrik yağları | Elveem

Texaco - Havoline mühərrik yağları

Texaco - Havoline nədir?

Texaco - Havoline mühərrik yağları ailəsinin üzvü  olan məhsullar artıq uzun zamandır ki, bazarda özünü ən yaxşı məhsullar olan bir mövqedən göstərib. Avtomobilinizə avtoyağ seçən zaman  ilk olaraq onun növünü təyin etməyiniz lazım gəlir. Belə ki, əsasən Minerallı yağlar bu siyahıda qeyd olunur. Bu yağın əsasında – qudron, kükürd və parafin tərkibli karbondan təmizlənmiş təbii neft vardır. Təmizlənmiş məhsula şaxta və korroziyalara davamlı qatqılar əlavə edilir.

Sintetik mator yağları

"Minerallı motor yağları"  sintetikadan daha az aqressivdir yəni bu o deməkdir ki,  işlənmiş detallarda istifadə zamanı bir problem yaşayacağınız düşünülmür. Sürücülərin əksəriyyəti mühərrik üçün sintetik yağın mineral yağdan daha “faydalı” olduğunu öyrənəndə bir xeyli heyrətlənirlər. Belə ifadə edək ki, Mineral sürtgü materialları təbii neftdən istehsal olunur, sintetik yağlar isə mühərrikin mümkün qədər effektiv işini təmin etmək məqsədi ilə aparılan kimyəvi dəyişikliklər yolu ilə istehsal edilir. Bir qayda olaraq, sintetik yağlar xüsusi olaraq daha geniş temperatur diapazonunda işlənmək üçün hazırlanır, buna görə də yuxarıda da qeyd etdiyimiz kimi onlar mühərriki mineral yağlara nisbətən daha yaxşı qoruma qabiliyyətinə malikdir. 
Mühərrik işə düşərkən sintetik motor yağı nəinki mühərrikin işinin ilk saniyələrindən ən dar və ucqar sürtünmə bölgələrinə daxil olur, həmçinin aşağı temperaturlarda özlülük kəmiyyətinin azaldılması sayəsində mühərrikin podşipniklərdəki, porşenlər qrupundakı və qazbölüşdürmə mexanizmindəki sürtünmə qüvvələrini dəf etməyə sərf edilən enerjini də azaldır. Və bununla da,  mühərrik zənginləşdirilmiş qatışıqla işlədiyi zaman bu yağ yanacağa əlavə qənaəti təmin edir. Sürtgü təminatının yetəri qədər olmaması soyumuş mühərrikin  işə salınan zaman və mühərrik qızdığı zaman mühərrikdə müəyyən nasazlıqların yaranmasının əsas səbəblərindən biri kimi qəbul edilir. Bunların olmaması üçün yəni, mühərrikin daha tez işə düşməsi üçün onun mühüm bilinən hissə və detallarına yağın dərhal yəni, vaxtında verilməsi tələb olunur.
Bəzən sürücülər daha öncə avtomobillərinə mineral yağ tökdüklərinə görə, daha  sintetik yağdan istifadə etməkdən çəkinirlər. Bunun da əlbəttə bir çox səbəbi var. Lakin motor yağı hansı növ olursa-olsun, seçim üçün əsas üstünlük onun özlülük tələblərinə və avtomobilin təlimatında bizə göstərilən spesifikasiyalara uyğun olmasıdır. Bu zaman yağın mineral və ya sintetik olması böyük bir önəm kəsb etmir. Əsas odur ki, o, göstərilən tələblərə uyğun olsun və biz yanılmayaq.
Yağların əksəriyyətində mühərriki qoruyan xüsusi aşqarlar olur, onlar mühərriki çöküntülərdən və közlərdən müdafiə edir. Texaco - Havoline mühərrik yağları isə mühərrikin daha yaxşı işləməsi və onun qorunması üçün istifadə olunan yüksək səviyyəli yağlardandır.

Texaco - Havoline yağları haqqında daha ətaflə məlumat almaq və məhsulları hörmək üçün bu keçidə daxil olun